EdebiyatOgretmeni.Net Forum
 
*
Merhaba, Ziyaretçi. Lütfen giriş yapın veya üye olun. Mayıs 24, 2012, 04:02:48 ÖÖ


Kullanıcı adınızı, parolanızı ve aktif kalma süresini giriniz


Sayfa: [1]
  Yazdır  
Gönderen Konu: Paşa Araz - "Sarı çiçekli arzular" povesti  (Okunma Sayısı 388 defa)
0 Üye ve 1 Ziyaretçi konuyu incelemekte.
kostor
Yeni Üye
*
Offline Offline

Mesaj Sayısı: 3


Üyelik Bilgileri
« : Nisan 20, 2011, 08:04:28 ÖS »

 

(PAŞA ARAZ)



Ümid

- Deno ...
Səs ucsuz-bucaqsız dəniz sahilində çox tez uduldu.
- Deno, dayan!
Yalnız indi anladı ki, qumlu sahildə qaçmağa ayaqqabıları maneçilik törədir. Tələsik ayaqqabılarını çıxartdı, fərqinə varmadan tulladı, var gücü ilə yüyürməyə başladı.
Bütün varlığını ruhuna qovuşduraraq adsız bir düyğu yaratmışdır. Və indi bu duyğuya aludə olaraq duymadan, hiss etmədən, ən nəhayət yaşamadan gedirdi. Getməyinin səbəbini natamam anlasa da, getdiyi ünvanı hələ də düşünmürdü. Əslində düşünməyə səbəb yox idi. Çünki başqa yolu hələ tapmamışdır.
Qız ona çatıb, arxadan qolundan yapışdı. Dayandı! Lakin çevrilib onu saxlayan əlin sahibinə baxmadı.
Günəş qürub edirdi və gözləri günəşin sarı-qırmızı rəngində ilişib qaldı.
Qız onun qolunu buraxdı, addımlayıb qarşısında, onunla qarşı-qarşıya dayandı.
- Deno, getmə ... – qız təngənəfəs pıçıldadı, - getmə ...
Hələ də gözləri qızın sağ qulağının yanından ötüb keçərək günəşin sarı-qırmızı rənginə baxırdı. Əsən dəniz mehi qızın saçlarını havada oynatdı. Sarı-qırmızı rəng itdi, yenidən gəldi.
Susurdu ...
- Deno, getmə, - qız bütün qazandıqlarını itirmiş, müflisləşmiş bir insan simasında dedi, lakin oğlanın susduğunu görüncə əlavə etdi, - Əgər gedirsənsə məni də özünlə apar ...
Deno gözlərinin istiqamətini yavaş-yavaş dəyişərək qızın gözlərinə baxdı.
Ümidsizliklə göz-gözə dayandı ... O anda məsumluqla qarşı-qarşıya gəldi. Titrədi ... Sanki gözlərini yumub, həyatın zaman əqrəbini saxlayıb, onu iki il geriyə qaytarmaq istədi. Yalnız bu anda həyatda yaşamamağına təəssüf hissi keçirdi.
Nə edəcəyini anlamırdı ...
Nəhayət,
- Axı, mən, hardan biləydim ki, ... – qız başını aşağı əydi, hönkürdü.
Yenə başı gicəlləndi, yenə gözləri günəşin sarı-qırmızı rəngində ilişib qaldı.

- Deno mən səni bir il beş ay dayanmadan, heç nəyə baxmadan gözlədim, -susdu, başını yırğaladı, - Mənim üstümə çox düşdülər, çox! Hamı! Hamı sənin öldüyünü deyirdi, əbəs yerə səni gözlədiyimi deyirdilər. Hətta qardaşın dedi ki, guya səni qaçaqmalçılıq üstündə öldürüblər. Hətta kənddə söz gəzirdi ki, səni ömürlük həbs ediblər. Amma harada saxladıqları barədə məlumatları yox idi, - başını aşağı əydi, həyəcandan titrəyən ayaqlarına baxdı, titrərə-titrəyə dedi, - Mən çarəsiz idim, - Qızın hıçqırıq dolu göz yaşları sözünü tamamladı, lakin qız ötən iki ildə yaşadığı günlərin yaşadığı anlarını qovuşduraraq göz yaşlarını saxladı, dərindən nəfəs alaraq sözünə davam etdi, -  Və bütün bu arada mənə Santi elçi düşürdü. Hamı məni təhrik edirdi ona ərə getməyə. Səncə mən nə etməliydim? Heç olmasa sağ olmağın barədə mənə bir xəbər edərdin. Mən səni bütün həyatım boyunca gözləyərdim. Heç olmasa anana, qardaşına xəbər edərdin. Niyə etmədim, Deno, niyə?- qız iki əllə onun köynəyinin yaxasından yapışaraq silkələdi.
Həbsxananın giriş qapısından sonra sol tərəfdəki ilk divarda belə bir söz yazılmışdır: - “ Bura sevgidən uğur qazanmayanlar və daxilən yoxsulların yeganə sığınacaq məskənidir” (deyilənə görə bu sözü yazan şəxs, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhrum olunmuş lakin çox keçmədən səbəbi bilinmədən özünə intihar etmişdir). Nədənsə indi bu söz onun düşüncələrinə hakim kəsildi.
Bütün taqətini toplayıb, göz yaşlarının doğulmasına məhdudiyyət yaradaraq, bəlkə də təsəlli naminə Deno pıçıldadı:
- Məni vətənə xəyanətə görə həbs etdilər. İstintaq bir il bir ay davam etdi. Mən bu müddətdə çox ciddi rejimli kamerada saxlanılırdım, bütün insanlardan təcrid olunmuşdum, - o tutuldu, məhkəmə iclasında tutulduğu kimi, bənizində ki, insan qiyafəsi cılızlaşdı, adsız bir ifadə aldı, tutqun şəkildə pıçıldadı, - Səni... səni hər gecə düşündürdüm, hər gecə... yuxularımdan çıxmırdın... hər dəfə axan göz yaşlarımda sən var idin... – daha danışa bilmədi, dərindən nəfəs aldı, başını sağ tərəfə əyərək dənizin sakit dalğalarına tamaşa etdi, - Sonra məlum oldu ki, mən günahsızam, mənim azad olmağım barədə məhkəmə qərar çıxartdı. Lakin məni iki ay həbsxanada saxladılar. Onlar məni təkrar-təkrar yoxlayırdılar. Nəhayət mən azad oldum. Və heç nəyə baxmadan birbaş sənin yanına yollandım. Axı, mən sənə necə xəbər edərdim. Həyat məndən üz döndərmişdir.
Qız mülayim bir insan qiyafəsində başını sol çiyninə doğru əyərək dedi :
- Bəs mən nə edərdim ?! – çiyinlərini çəkdi, qaşlarını çataraq səsinin gücünü bir qədər artıraraq, - Daha məni Santi ilə heç nə bağlamır. Mən onuna evlənməyə razı olsamda sən həmişə mənim ürəyimdə oldun. Hətta uşağımın ölü doğulmağına da səbəb mənim sənin xəyallarında yaşamağım, səni düşünməyim, qayğıma qalmamağım oldu.
Keçmişi xatırlamaq ona yalnız göz yaşları bəxş edəcəyini bilirdi, amma bunu lazım bildi.
Həyəcanla:
- Yadında mən səninlə ilk dəfə dəniz sahilində görüşəndə, onda bizim sevgimiz barəsində arzu tutub səmadakı ulduzların birini seçib, ona tamaşa etdik. Otuz bir rəqəmini ürəyimizdə tutub bu rəqəmə çatmaq üçünhəyəcanla rəqəmləri saymağa başladıq. Biz çox xoşbəxt anlar yaşayırdıq. Otuz birə qədər saymağa başlasaq da lakin on beşdə həmin ulduz yoxa çıxdı. Yana-yana gözdən itdi. Bu, möcüzə idi. Dərk olunmayan möcüzə! Sən təsəlli naminə yenidən ulduz seçdim və yenidən arzu tutdum və bu dəfə özün saymağa başladın. Lakin iyirmi altıya çatanda həmin ulduz qara buludların arxasında qalıb yox oldu. Sən yenidən, üçüncü dəfə cəhd etməyə çalışsan da mən razı olmadım. Və mən anladım ki, bizim sevgimiz qovuşmayacaq. Mən həmin gecəni yata bilmədim. Bütün arzularımı -bu arzular səninlə bağlı idi- təkrar-təkrar yoxladım, bu arzuların kama çatması üçün müxtəlif yollar seçdim. Özümə təsəlli verdim.
- Amma bizim sevgimiz çox güclü idi, güclü idi Deno!

Həbsxanada keçirdiyi müddət ərzində üzünü  yalnız bir dəfə gördüyü  qonşu otaq yoldaşı taleyindən acı-acı danışarkən, söylədiyi bir söz yadına düşdü: - “ Bura həyatda yaşayan sonuncuların evidir. Əgər burdasansa demək sənin heç nəyin, heç kimin yoxdur. Buranı qazanmaqla sən hər şeyini itirmisən. Azad olmağa çalışma. Onsuzda sən yoxsulsan…Səni heç kim gözləmir”.
-Məhəbbət güclü olduğu qədər də bəxtli olmalıdır. Bəzən tanrı insanları heç bir səhvləri olmadığı üçün cəzalandırır. Mən beləsi oldum. Günahsız oldum, amma cəzalandım, hər şeyimdən məhrum oldum, itirdim ...
Qız onun bu sözlərinə dayana bilmədi.
- Deno məni də apar ...
- Bacarmaram ... Mənim həyatda daha heç nəyim yoxdur. Mən yoxsul, nakam bir insan övladıyam.
- Yox, sənin çox qiymətli sevgin var. Bu sevgi həyatda rəqabəti olmayan bir varlıqdır. O, sevgi mənim ürəyimdədir. Sən bunu yaxşı bilirsən, yaxşı bilirsən!
- Arzular daha yaşamayır, xəyallar daha mövcud deyil, ürəklər yorulub, göz yaşları tüstüyə qərq olunublar.
- Əfsus Deno, sən mənim məhəbbətimi belə qiymətləndirirsən.
- Sən hər şeyin var. Atan, anan, ailən, hər şeyin ... Mən səni bu varlıqdan məhrum etmək istəmirəm. İstəmirəm bəxtsiz bir insanla öz həyatını puça çevirəsən, bütün qazandıqlarını mövcud olduqlarını bir insana görə məhv edəsən. Əlvida, mən səni çox sevirdim ...
Çönüb getdi ...
Bununla həyatının özəyini təşkil edən məhəbbətinə son qoydu. Bəlkə də bütün həyatına!
Addımladıqca gözlərindən axan yaş damlaları  yanaqlarına doğru süzüldü. Dodaqlari titrəyə-titrəyə astadan pıçıldadı: - “Mənə kömək ol Tanrım”.
Günəşin sarı-qırmızı rəngi gözlərində narıncı bir rəngə boyandı...
Həbsxanadakı nəzarətçilərin birinin söylədiyi şeir yadına düşdü.

“ Nakam arzularla gəldim dünyaya,
Bir ana, birdə ki, sevgi qazandım,
Dualar eylədim iki arzuya,
Sonda kədər ilə qəmi mən aldım.

Anam tez tərk etdi həyatda məni,
O gündən gözlərim heç boşalmadı,
Təsəllim sevgiydi, o da ki, məni,
Yarı yolda qoydu, ümid qalmadı.

İndi anam məhbəs, sevgim daş divar,
Ömrümü sükuta qurban verirəm,
Nə arzum, nə duyğum, nə xəyalım var,
Tənhayam, həyatdan tənha gedirəm.”

- “Mənə kömək ol Tanrım”.
İstiqamətini müəyyən etmədiyi bir söz qulaqlarında cingildədi: - Deno!
Dənizin mehi yerini küləyə təhvil verirdi...
- “Mənə kömək ol Tanrım”- pıçıldadı, növbəti addımında düşündü, - “Kaş qayıdaydı, kaş qayıdaydı, kaş gələrdi, qolumdan yapışaydı, məni getməyə qoymamaydı”.
Amma gəlmirdi, onun getməsinə mane olmurdu.
Dayanmadan təkrarladı:
-   “Mənə kömək ol Tanrım”. “Mənə kömək ol Tanrım”.
Uzaqlaşdıqca qəlbində cərəyan edən həyəcan artırdı, addımlarının sürətini zəiflətdi.
Daha bir neçə addım atdı, amma heç nə dəyişmədi. Dəyişməməzlik onun çırpınan ürəyinə sadiqlik nümunəsi göstərdi. Bütün keçmişini və gələcəyini sanki hərəkətsiz saxladı, heç nə düşünmədi.
Dayandı! Mövcud varlığını susqunluğa düçar etdi. Doğmalıq adlanan bir məhfum onun daxili dünyasının sərhədlərindən kənarda qaldı. Tələsik geri çöndü. Gözləri önündə canlanan mənzərə onu insan dünyasının əsrarəngiz gözəlliklərindən məhrum edərək ümidsizlikdən doğan adsız bir duyğuya qərq etdi. Qız diz üstə yerə çökmüşdü. Yaş damlalarına qərq olmuş gözlərini mahiyyətsiz qürub edən günəşin sarı-qırmızı rənginə dikmişdir. Dənizdən sahilə doğru can atan külək onun saçlarını havada oynadırdı.
-   “Mənə kömək ol Tanrım”.

Yavaş-yavaş dizləri taqətini itirdi. Qəfildən diz üstə yerə çökdü. Dizləri yaş qum dənəciklərində suya batdı. 
-   “Mənə kömək ol Tanrım”.
İki insan qarşı-qarşıya göz yaşlarına qərq olunmuş gözlərlə bir-birinə baxırdı, iki sevən ürək məhrumiyyətlərlə qarşı-qarşıya dayanaraq azadlıq ruhu ilə çırpınırdı.

Paşa ARAZ
may 2009


Logged
Sayfa: [1]
  Yazdır  
 
Gitmek istediğiniz yer:  

MySQL ile Güçlendirildi PHP ile Güçlendirildi Powered by SMF 1.1.16 | SMF © 2006, Simple Machines

XHTML 1.0 Geçerli! CSS Geçerli! Dilber MC Theme by HarzeM